This is a specific ad

Müqəddəs Qurban bayramının vaxtı açıqlandı

13

Another advertisement

Bu il müqəddəs Qurban bayramı İslam və Türk dünyasında 28 iyun tarixindən başlayaraq 3 gün qeyd ediləcək. Qurban bayramı da Ramazan bayramı kimi Qəməri – yəni Ay təqvimi əsasında müəyyən edildiyindən daha dəqiq coğrafi üfüqləri yaxın olan yerlərdə Zilhəccə ayının görünməsi ilə müəyyən edilir

Qurban bayramı İslam aləmində ən böyük bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Ramazan bayramından 70 gün sonra qeyd olunur və üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Dini qurban kəsmə adəti hamıya məlum olduğu kimi Hz. İbrahim Peyğəmbərin (ə) həyatında baş verən hadisədən – oğlu Hz. İsmayılı (ə) Allah üçün qurbanetmə sınağına çəkilmədən sonra yaranmışdır. Buna görə də qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və əsl bəndəliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi olaraq yaşamışdır.

Kateqoriya: Gündəm
Sonrakı yazı
მარნეულში პროფესიულ საგანმანათლებლო პროგრამებზე რეგისტრაცია აქტიურად მიმდინარეობს
Öncəki yazı
ყურბან ბაირამის თარიღი ცნობილია