• 26 Fevral 2025 03:35

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Münhen Təhlükəsizlik Konfransı bu gün açılır

ByTürkan Şahverdova

Fev 14, 2025
Another advertisement

Bu gün müxtəlif ölkələrdən 60-a yaxın lider və yüzlərlə nümayəndənin qatılacağı 61-ci Münhen Təhlükəsizlik Konfransı başlayır. Konfransı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer açacaq.

Rəsmi internet saytında yerləşdirilən məlumata görə, üç gün davam edəcək konfransda müasir dövrün xarici və təhlükəsizlik siyasətinin əsas çağırışlarına dair yüksək səviyyəli müzakirələr aparılacaq.

Hesabatda qeyd olunur ki, builki Münhen Təhlükəsizlik Konfransı ABŞ-da administrasiya dəyişikliyi, Brüsseldə Avropa qanunverici orqanının yeni dövrü və konfransdan bir həftə sonra Almaniyada keçiriləcək parlament seçkiləri də daxil olmaqla, mühüm dəyişiklik anına təsadüf edir.

Bu gün əsas konfrans proqramı qlobal idarəetmə, demokratik davamlılıq, iqlim təhlükəsizliyi və bir çox başqa mövzular da daxil olmaqla qlobal təhlükəsizlik çağırışlarına diqqət yetirməklə başlayacaq.

Şənbə günü beynəlxalq asayişin vəziyyəti, eləcə də regional münaqişələr və böhranlarla bağlı debatlar keçiriləcək. Transatlantik tərəfdaşlığın gələcəyinə də diqqət yetiriləcək.

Bazar günü konfrans Avropanın dünyada roluna dair müzakirələrlə yekunlaşacaq.