“Aİ Ukraynada müharibə bitənə qədər Rusiya ilə viza məhdudiyyətlərini davam etdirəcək“.
QafqazTürk.com NEXTA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib.
“İndiki mərhələdə biz alternativ ssenarilər haqqında spekulyasiya etmirik“, – deyə o, qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.