This is a specific ad

Müharibəyə yollanmasın deyə özünə balta ilə xəsarət yetirib

249

Another advertisement

Rusiyanın Cənub Dairəsinin Hərbi Məhkəməsi Şimali Osetiya sakini Manuçer Beknazarovun işi üzrə hökmü təsdiqləyib. O, özünü şikəst etməklə hərbi xidmətdən yayındığına görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə bildirilir ki, Ukraynanın işğal olunmuş ərazisində yerləşən hərbi hissədə olan Beknazarov öz baş nahiyəsinə balta ilə vurub və ağır xəsarət alıb, bu səbəbdən xəstəxanaya yerləşdirilməli olub. Həmçinin təqsirləndirilən Beknazarovun 2023-cü ilin dekabrından 2024-cü ilin fevralına kimi hərbi hissənin ərazisində olmadığı müəyyən edilib.

“Kavkaz.Reali nin məlumatına görə, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək istəyib və məhkəmədən Beknazarovun iki azyaşlı övladının olduğunu və əvvəllər döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı statusu və dövlət mükafatı aldığını nəzərə almasını istəyib.

Buna baxmayaraq, Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb və müəyyən edib ki, cəzanı yüngülləşdirən bütün hallar hökm çıxarılan zaman artıq nəzərdən keçirilib.

Qeyd edək ki, Rusiyada xəstəlik və ya özünə zərər verməyi imitasiya edərək hərbi xidmətdən yayınma maddəsi beş ildən on ilədək həbs cəzasını nəzərdə tutur.

Sonrakı yazı
“Böyük cərimələr yazılacaq…” – gələn ildən mühüm dəyişikliklər həyata keçiriləcək
Öncəki yazı
Burun damcılarının təhlükəli əks təsirləri açıqlanıb