This is a specific ad

Müharibədə məhv edilmiş ermənilərin valideynləri Paşinyana qarşı aksiya keçirəcəklər

66

Another advertisement

Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə məhv edilmiş hərbçilərinin valideynləri sabah İrəvanda baş nazir Nikol Paşinyana qarşı aksiya keçirəcəklər.

Müharibədə məhv edilmiş əsgərlərdən birinin atası Ara Rostamyan saat 9:00-dan etibarən ölkə ictimaiyyətini hökumət binası qarşısında toplaşmağa çağırıb.

“Sabah saat 11:00-da hökumət binasında Nikol Paşinyanın mətbuat konfransı keçiriləcək və mən çox istərdim ki, burada çoxlu insan olsun, biz ona suallarımızı verək”, – Ara Rostamyan deyib.

A.Rostamyan həmçinin onları gecələr tək qoymamağa, hökumət binası yaxınlığında toplaşaraq elan etdikləri oturaq aksiyada iştirak etməyə çağırıb.

Qeyd edək ki, 44 günlük müharibədə məhv edilmiş Jor Martirosyanın anası Qayane Akopyan bir ay müddətinə həbs edilib. Aksiyaçılar Q.Akopyanın dərhal azad edilməsi tələbi ilə etiraz aksiyası keçirirlər.

Kateqoriya: Region
Sonrakı yazı
Marneulidə “Milli Hərəkat”ın seçkiləri başa çatdı: Azad Kərimov 660 səs toplayaraq qələbə qazanıb
Öncəki yazı
“Georgian Airways”in direktoru Zurabişvili haqqında: “Biz prezidenti persona non qrata elan edirik”