Another advertisement
Mühafizə Polisi Departamenti Tbilisi inkasasiya və mühafizə-evakuasiya xidmətinin müfəttişi, polis mayoru Valerian Qoqatişvili bu gün xidməti vəzifəsini yerinə yetirərkən qəfildən dünyasını dəyişib.
QafqazTürk.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxt Tbilisinin Çavçavadze prospektində baş verib.
Mərhumun ölümü ilə əlaqədar Mühafizə Polis İdarəsi onun ailəsinə, yaxınlarına və iş yoldaşlarına dərin hüznlə başsağlığı yayımlayıb.
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır.