This is a specific ad

“Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik edilib – ƏTRAFLI

47

Another advertisement

Mədəniyyət komitəsinin iclasında “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklikləri maddə-maddə ikinci oxunuşda müzakirə edilib.

QafqazTürk.com xəbər verir ki, Parlamentin üzvü Baia Kviçiani qanunlayihəsini deputatlara və sessiyaya dəvət olunmuş mədəniyyət nümayəndələrinə təqdim edib.

Onun sözlərinə görə, müəlliflik hüququ və əlaqəli hüquqların və ümumilikdə əqli mülkiyyət sisteminin inkişafı Gürcüstan hökumətinin prioritetlərindən biridir və eyni zamanda, bu, “Avropa İttifaqı ilə dərin və hərtərəfli Azad Ticarət Zonası Sazişinin (DCFTA)” mühüm məsələsidir.

“Qanunlayihəsi ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), əqli mülkiyyət ekspertləri və beynəlxalq kollektiv idarəetmə təşkilatları ilə ilkin məsləhətləşmələr və araşdırmalardan sonra hazırlanmış tövsiyələr əsasında beynəlxalq ekspertlərin cəlb edilməsi ilə hazırlanıb”, – deyə Baia Kviçiani bildirib.

Onun fikrincə, müəlliflik hüququ və əlaqəli hüquqlar insanın intellektual və yaradıcı potensialının inkişafına və yüksək rəqabət mühitinin yaradılmasına xidmət edən səmərəli vasitədir.

O, yeni qanunvericiliyin mülkiyyət hüquqlarının kollektiv əsaslarla tam idarə olunmasına töhfə verəcəyini, istifadəçilərin və hüquq sahiblərinin sistemə inamını bərpa edəcəyini deyib.

Gürcüstanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində nəzarət sistemini gücləndirəcək inzibati və institusional mexanizm yaradılacaq. Kollektiv idarəetmə təşkilatının akkreditasiyasının yeni mexanizmi, onun fəaliyyətinin şəffaflığının təmin edilməsi, dövlət nəzarətinin həyata keçirilməsi, qonorarların (qonoraryazıçılar, rəssamlar, dizaynerlər, proqramçılar, filosoflar, modellər, hüquqşünaslar və s. adamlara iş üçün ödənilmiş pul mükafatı) ədalətli bölgüsü və tariflərin müəyyən edilməsi prinsipləri tətbiq ediləcək. Mülkiyyət hüquqlarının kollektiv əsasında idarəetmə təşkilatının yaradılması, habelə onun qeydiyyatı və akkreditasiyası qaydaları və şərtləri, akkreditasiya verməyə səlahiyyətli orqan və kollektiv idarəetmənin funksiyaları, hüquq və vəzifələri ətraflı yazılır. Kollektiv idarəetmə təşkilatının üzvlük qaydaları, üzvlərin ümumi yığıncağının və müşahidə şurasının səlahiyyətləri də yazılacaq.

Komitə bir sıra maddələrlə əlaqədar iradları nəzərə almaq şərti ilə qanunlayihəsini dəstəkləyib.

Sonrakı yazı
Tbilisi dənizində yeniyetmə boğulub
Öncəki yazı
Ukrayna qüvvələri Melitopol istiqamətində irəliləyir