Müdafiə Nazirliyində korrupsiya ilə bağlı üç yüksək vəzifəli şəxs həbs edilib

30

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi Müdafiə Nazirliyinin sabiq müavini Q. X, Satınalmalar Departamentinin keçmiş rəhbəri V.Ğ. və keçmiş müdafiə nazirinin yaxın qohumu V.M.-ni saxlayıb.

İstintaqın məlumatına görə, 2023-cü ildə Müdafiə Nazirliyinə məxsus 1 333 728 lari dövlət vəsaiti mənimsənilib. Şübhəlilər satınalma prosesində bazar araşdırması aparmadan, yaxın şirkətlərin iştirakı ilə saxta sənədlərlə tibbi avadanlıqların qiymətini süni şəkildə artırıblar.

Nəticədə dövlət büdcəsinə ciddi ziyan dəyib. Faktla bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxsləri 7 ildən 11 ilə qədər həbs cəzası gözləyir. İstintaq davam edir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Türkiyədə meşə yanğınları genişlənir: Antalyadan Bursayadək minlərlə insan təxliyə olunub
Öncəki yazı
İsrail Qəzzada “humanitar fasilə” elan edib