This is a specific ad

Müdafiə naziri İrakli Çikova Azərbaycanda səfərdədir

15

Another advertisement

Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

QafqazTürk.com  xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, nazir əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək öz ehtiramını bildirib.

İrakli Çikovaninin rəhbərlik etdiyi nümayəndə, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” kompleksinin qarşısına əklil qoyub.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, İrakli Çikovani Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla təkbətək görüş keçirəcək. Tərəflər daha sonra geniş tərkibdə müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müzakirə edəcəklər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Postsovet məkanının ən bahalı futbolçularının siyahısı açıqlanıb
Öncəki yazı
Spiker: Gürcüstanda qeyri-şəffaf pul xərcləyən Avropa və Amerika fondları var