This is a specific ad

Müdafiə naziri: Ukrayna gələn il NATO-ya qəbul olunacaq

45

Another advertisement

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ölkənin 2024-cü ilin yayında alyansın sammitində NATO-ya qəbul ediləcəyini gözləyir.

QafqazTürk.com xəbər verir ki, o, CNN telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonda keçiriləcək növbəti sammiti Ukraynanın NATO-ya üzvlüyünün veriləcəyi məqam hesab edir.

Kim bilir, bəlkə də bu, Ukrayna üçün çox vacib gün olacaq“, – deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Eyni zamanda, o, ölkənin yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra alyansa qoşula biləcəyini etiraf edib. Reznikov münaqişənin gələn yaya qədər bitəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu arada Kiyev ölkəyə giriş üçün zəruri olan islahatları davam etdirəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kiprdə iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb
Öncəki yazı
“Qalatasaray”dan “Fənərbaxça”ya gözlənilməz zərbə – VİDEO