Müdafiə Nazirliyi ABŞ-dan 4 avtomobil hədiyyə alıb

89

Baş nazir İrakli Kobaxidzenin qərarına əsasən, Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatları hökumətindən qrant (hədiyyə) şəklində 4 ədəd Renault Trafic markalı nəqliyyat vasitəsi alıb.

Müvafiq sərəncam Kobaxidze tərəfindən 10 oktyabrda imzalanıb.

Sənəddə qeyd olunur ki, qərar “Gürcüstanda xarici yardımların əlaqələndirilməsi və nazirliklər tərəfindən qrantların verilməsi qaydası haqqında” 2015-ci il 1 iyun tarixli №238 saylı hökumət qərarına əsasən qəbul edilib.

Sərəncamda deyilir:

“Amerika Birləşmiş Ştatları hökumətinin Gürcüstanın Müdafiə Nazirliyinə qrant (hədiyyə) şəklində 4 ədəd Renault Trafic markalı nəqliyyat vasitəsinin verilməsi qərarı təsdiq edilsin.”

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ermənistan Kommunist Partiyasından Gümrü şəhərinin yeni seçilmiş meri korrupsiya ittihamı ilə saxlanılıb – ƏTRAFLI
Öncəki yazı
AB-nin genişlənmə üzrə komissarı: “Gürcüstan hökuməti xalqın Avropa gələcəyi istəyinə hörmət etməlidir”