Another advertisement
Müdafiə naziri Marneuli hərbi aerodromuna baş çəkib.
Müdafiə naziri səfər zamanı təlim prosesini müşahidə edib və təkmilləşdirilmiş təyyarənin sınaq uçuşuna qatılıb.
Nazirlə birlikdə Müdafiə Qoşunları komandanının müavini general-mayor Coni Tatunaşvili, Aviasiya və Hava Hücumundan Müdafiə komandanı, polkovnik Serqo Ninua Qarışıq Aviasiya Eskadrilyasının bazasında olublar.
Bildirilib ki, “Delta” SC və “Tbilaviamşen” ASC-nin birgə səyləri ilə gürcü mütəxəssislər tərəfindən görülən işlər nəticəsində artıq 7 ədəd Su-25 təyyarəsi təmir edilib. Həmçinin 3 ədəd L-39 təlim-döyüş uçuş aparatının təmiri üzrə işlər aparılır.