Another advertisement
Müdafiə Nazirliyinin özünün qan bankı olacaq və “İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında” qanuna müvafiq dəyişikliklər ediləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə icra hakimiyyətinin parlamentə təqdim etdiyi 2024-cü il üçün fəaliyyət planında deyilir.
Məlumata görə, Gürcüstanda qanın toplanması, emalı, yoxlanılması, saxlanması və paylanmasına cavabdeh olan üç qan müəssisəsi yaradılacaq.
“Qanun çərçivəsində özəl qan bankları iyuldan etibarən Gürcüstan hökuməti tərəfindən yaradılacaq mərkəzi qan institutu ilə əvəz olunacaq. 01.01.2025-ci il tarixindən etibarən Gürcüstanda pul təzminatı müqabilində qan vermək qadağan ediləcək”, – deyə məlumatda bildirilir.