Batumidə orta yaşlı kişi mübahisə zəminində yaralanıb. Hadisə bir müddət əvvəl, Qamsaxurdiya küçəsində baş verib.
QafqazTürk Media xəbər verir ki, yaralı təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
Yerli KİV-in məlumatına görə, insident dayanacaq sahəsi ilə bağlı mübahisə zəminində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, hadisə iştirakçıları avtomobili saxlamağa görə dava ediblər.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir, ərazi sarı lentlə əhatə olunub.