This is a specific ad

Mübahisəli qanun layihəsi Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak almaq hüququ verir – DRI

15

Another advertisement

Demokratiya Araşdırma İnstitutu (DRİ) yazır ki, mübahisəli qanun layihəsi Rusiya vətəndaşlarına Abxaziyada daşınmaz əmlak almaq hüququ verir. Təşkilatın məlumatına görə, Abxaziyada əcnəbilərə daşınmaz əmlak və torpaq satışı indiyədək qadağan edilib və bu, dəfələrlə Rusiyanın yüksək rütbəli məmurlarının qıcıqlanması üçün bəhanə olub.

QafqazTürk.com xəbər verir ki,DRI-nin məlumatına görə, de-fakto Abxaziya parlamentinin saytında dərc olunan məlumata görə, iyul ayında Abxaziya Milli Məclisdə “Apart otellərin və mənzillərin hüquqi statusunun tənzimlənməsi haqqında” yeni qanunun qəbulu və tətbiqi məsələsi müzakirə olunur. Qanun layihəsinin təşəbbüskarı faktiki prezidentdir.

“İctimai mənbələrdə yayılan məlumata görə, Aslan Bjaniya qanun layihəsinin iyul ayında de-fakto parlamentdən qəbul edilməsini tələb edir.

Qanun layihəsinə əsasən, artıq əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə “apart-otel”lərdə mənzil almağa qadağa qoyulmur. Xarici ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin (yaxud onların ailə üzvünün) Abxaziyanın “müstəqilliyinə” qarşı aksiyalarda iştirak etməsi halları istisnadır”, – məlumatda deyilir.

Təşkilat qeyd edir ki, mülkiyyətə sahib olmaq Abxaziyada yaşayış və ya “vətəndaşlıq” hüququ əldə etmək üçün əsas ola bilməz, lakin Abxaziya cəmiyyətinin əsas hissəsi qanun layihəsinin qəbuluna qarşıdır. Yerli sakinlər hesab edirlər ki, yeni qanunvericilikdə məqsəd Abxaziyanın strateji əmlakını rusların mülkiyyətinə keçirmək olacaq.

Demokratiya Araşdırmaları İnstitutunun qiymətləndirməsinə görə, Abxaziyada gedən proseslər uzunmüddətli perspektivdə Abxaziyanın ilhaqı təhlükəsini ehtiva edir və münaqişə nizamlanana qədər oxşar təşəbbüslərin həyata keçirilməsinə icazə verilmir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstan Avropanın görkəmli turizm ölkələri sırasına daxil edilib
Öncəki yazı
Yeni rekord – Gürcüstandan 990,9 milyon dollar dəyərində avtomobillər reeksport edilib