• 03 Dekabr 2023 10:49

Müəllimlərin nəzərinə! – ƏTRAFLI

Avatar photo

ByHacı Xəlilzadə

Apr 3, 2023

2023-cü ilin Fənn və Baş xüsusi müəllimlik imtahanlarına qeydiyyat bu gün, aprelin 3-ü saat 18:00-da başa çatacaq.

QafqazTürk xəbər verir ki, qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında aparılır.

İmtahanlar aşağıdakı fənlər üzrə keçiriləcək:

  • Gürcü dili və ədəbiyyatı (başlanğıc pillə);
  • Riyaziyyat (başlanğıc pillə);
  • Təbiətşünaslıq (başlanğıc pillə);
  • Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-V siniflər);
  • Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə);
  • Qeyri-gürcüdilli məktəblər və sektorlar üçün gürcü dili (bağlanğıc, baza və ya orta pillə);
  • Riyaziyyat (baza və ya orta pillə);
  • İctimai elmlər (baza və ya orta pillə): tarix, coğrafiya, vətəndaş təhsili;
  • Təbiətşünaslıq elmləri (baza və ya orta pillə): fizika, kimya, biologiya;
  • Xarici dillər (başlanğıc, baza və ya orta pillə): ingilis, alman, fransız və rus dili;
  • Estetik fənlər: təsviri və tətbiqi incəsənət, musiqi, idman;
  • İnformasiya və Kommunikasiya Texnologiyaları / kompüter texnologiyaları;
  • Azərbaycan dili və erməni dili üzrə imtahan.

    İstənilən şəxsin yalnız bir fənn, həmçinin, istəyə uyğun olaraq, xüsusi baş müəllim imtahanını seçmək hüququ var.

    Bununla yanaşı, 2023-cü ildə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz tərəfindən təşkil edilmiş imtahana yalnız Azərbaycan və erməni dili üzrə təcrübəçi müəllim statusu olan pedaqoqların, eləcə də xüsusi təcrübəçi müəllimlərin qeydiyyatdan keçmək hüququ var. Onlar üçün qeydiyyat pulsuzdur.

Qeydiyyat zamanı aşağıdakılar qeyd olunmalıdır:

  • Şəxsiyyət vəsiqəsinin nömrəsi;
  • Əlaqə nömrəsi;
  • İmtahan verəcəyi fənn (iştirakçının yalnız bir fənn seçmək hüququ var);
  • İmtahan verəcəyi şəhər;
  • Spesifik imtahan mühitinin yaradılmasına ehtiyacı olan şəxslər qeydiyyat zamanı “xüsusi şəraitləri” seçməlidirlər.

    13 aprel saat 18:00-a qədər Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə (Ünvan: Tbilisi, E.Mindeli, N9) və ya yerli təhsil-resurs mərkəzinə müvafiq sağlamlıq arayışı (Forma N100) təqdim edilməlidir.
    İmtahanda iştirak etmək üçün 50 lari ödənilməlidir, əks halda qeydiyyat tamamlanmır. Təcrübəçi və xüsusi təcrübəçi müəllimlər üçün imtahana qeydiyyat pulsuzdur.
2360cookie-checkMüəllimlərin nəzərinə! – ƏTRAFLI

Bir cavab yazın