This is a specific ad

Müəllimlərin maaşı iyul ayından orta hesabla 500 lari artacaq

58

Another advertisement

Təhsil naziri Giorgi Amilaxvarinin parlamentə təqdim etdiyi hesabata görə, iyulun 1-dən müəllimlərin əməkhaqqı yeni əmək haqqı sisteminə keçəcək.

QafqazTürk.com xəbər verir ki, sənəddə tam ştatlı müəllimlərin 70%-nin maaşının orta hesabla 500 lari artacağı qeyd olunub.

Məlumata görə, yeni əməkhaqqı sistemi ilə bütün müəllimlərin maaşı artacaq, təbii ki, saatlıq dərs yükü çox olduğu halda artım daha çox olacaq və tam ştatlı müəllimlərin 70%-nin maaşı orta hesabla 500 lari artacaq.

“Keyfiyyətli təhsili təmin etmək üçün müəllimlərin peşəkarcasına inkişaf etmələri və karyeralarında irəliləyişlər əldə etmələri üçün sistemin dəstəkləyici mexanizmlərin işlənib hazırlanması təbiidir”, – deyə nazirin hesabatında bildirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İrakli Qaribaşvilinin ailəsi müxalif “TV Pirveli” telekanalını məhkəməyə verib
Öncəki yazı
Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilə bilər