“Mtavari Arxi” telekanalı canlı yayımlanan verilişləri dayandırıb.
Bu barədə telekanalın yaydığı məlumatda deyilir.
Bəyanata görə, buna səbəb “Zaza Okuaşvilinin süni şəkildə yaratdığı maliyyə böhranıdır”.
” “Mtavari Arxi”ninn həmtəsisçisi Zaza Okuaşvilinin süni şəkildə yaratdığı maliyyə böhranı səbəbindən bu mərhələdə hər gün əlavə xərclərlə bağlı olan bütün canlı yayımlar dayandırılıb. Artıq gündəlik əməliyyatlar üçün vəsaitimiz yoxdur.
Yayımlanmayacaq verilişlər: Xəbər proqramları, xüsusi verilişlər, post-faktum, şənbə gününün əsası, günün qonağı, fərqli vurğular, gecənin əsas verilişi, sənin səhərin, sənin günortan, gecə yarın, ədəbi üçbucağın, dünyada əsas.
Hazırda “Mtavari Arxi ”də ancaq lentə alınmış verilişlər, köhnə verilişlərin təkrarı, seriallar, filmlər yayımlanır.
Tam efiri bərpa etmək üçün alternativ vasitələr tapmağa çalışırıq. Əsas sizsiniz”- Televiziya şirkətinin bəyanatında deyilir