MSK seçici siyahısının formalaşdığını açıqlayıb

117

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 4 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri üçün seçici siyahısının formalaşdırılması başa çatıb.

Ümumi seçici sayı 3 513 818 nəfəri təşkil edir.

Onlardan 3 130 348 nəfəri elektron texnologiyaların köməyi ilə səs verəcək.

İlk dəfə səsvermə hüququ əldə etmiş gənclər təxminən 47 min nəfərdir.

Səyyar qutu tələb edən seçicilər isə 60 754 nəfəri təşkil edir.

Açılan seçki məntəqələrinin sayı 3 061-dir.

2 284 məntəqədə elektron səsvermə, 777 məntəqədə ənənəvi qaydada keçiriləcək.

Onların arasında 10 xüsusi məntəqə  cəzaçəkmə müəssisələrindədir

Yəni, seçkilər əsasən elektron qaydada keçiriləcək, lakin bir hissəsi ənənəvi formada də davam edəcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Baş nazir İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilə görüşüb
Öncəki yazı
Qalaktion Tabidzenin kitabı çıxıb