This is a specific ad

MSK sədrinin evi yaxınlığında etiraz aksiyası keçirilib

275

Another advertisement

MSK sədrinin evi yaxınlığında keçirilən etiraz aksiyası başa çatıb.

Etiraz etmək üçün Qiorqi Kalandarişvilinin evinə gələn fəallar dairəvi bağa gəliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları MSK sədrinin evinin ətrafındakı ərazidən çıxartdıqdan sonra müvafiq qərar qəbul edilib.

Dairəvi bağın yaxınlığında keçirilən aksiya iştirakçıları bugünkü aksiyaya son qoymaq qərarına gəliblər.

Xatırladaq ki, gənclər Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvilinin evinə gələrkən, onları hüquq-mühafizə orqanlarının mühafizəsi qarşılayıb və Kalandarişvilinin evinə çatmağa imkan verməyib.

Sonrakı yazı
Prezidentin xalqa müraciəti təxirə salınıb
Öncəki yazı
2024-cü ildə karbon qazı emissiyası rekord həddə çatacaq