MSK dairə seçki komissiyalarının müvəqqəti üzvlərini seçib

15

Mərkəzi Seçki Komissiyası (MSK) 4 oktyabr bələdiyyə seçkiləri üçün dairə seçki komissiyalarına 219 müvəqqəti üzv seçib. MSK-nın məlumatına görə, namizədlərin seçimi açıq və şəffaf şəkildə aparılıb, müsahibələr canlı yayımlanıb.

254 namizəddən 119-u müsahibəyə qatılıb, onlardan 51-i prosesin sosial şəbəkələrdə canlı yayımlanmasına razılıq verib.

Seçilən üzvlərin 69-u məntəqə seçki komissiyasında rəhbər vəzifədə, 22-si isə üzv kimi çalışıb. 188 nəfərin dairə seçki komissiyası üzvü kimi, 48 nəfərin isə müşahidəçi kimi təcrübəsi var.

Vakansiyalar üçün müsabiqə 5 avqustda elan edilib, hər dairədə 3 boş yer olub.

Kateqoriya: Cəmiyyət, Siyasət
Öncəki yazı
Tramp və Putinin görüşəcəyi yer və tarix məlum olub