This is a specific ad

Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunmaq olar?

303

Another advertisement
Payız mövsümü gələndə insanlar xüsusən soyuqla gələn xəstəliklərdən əziyyət çəkir. Ümumiyyətlə,bu fəsil,xəstəliklərlə zəngin mövsüm sayılır. Payız mövsümü ilə bərabər havanın temperaturunda baş verən ani dəyişikliklər orqanizmin immunitetini zəiflədir. Mövsümi viruslar da işə qatıldıqda qrip, soyuqdəymə kimi xəstəliklərə daha tez-tez rast gəlinir. Havaların soyuması, daha çox bağlı məkanlarda zaman keçirmək bu viruslu xəstəliklərin öskürək, asqıraq, əllə təmas yolu ilə yayılmasını asanlaşdırır.
QafqazTürk Media xəbər verir ki, mütəxəssislər bu tipli xəstəlikləri belə xarakterizə edirlər: Qrip, sinusit, faringit, bronxit, astma, soyuqdəymə, sətəlcəm.
Payız xəstəliklərindən necə qorunmaq olar?
Payız xəstəlikləri yüngül və çox vaxt öz-özünə keçən xəstəliklər olsa da, bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir. Bədən müqaviməti aşağı olan insanlarda və uşaqlarda orta qulaq iltihabı, sinusit, bronxit və sətəlcəm kimi xəstəliklərə yol aça bilər. Buna görə də payız mövsümü yaxınlaşarkən bu xəstəliklərə qarşı tədbirlər görmək lazımdır.
Xüsusilə gündəlik həyatda bir neçə sadə üsula əməl etməklə bu xəstəliklərin çevrəmizdən uzaq olmasını təmin edə bilərik. Bunun üçün xəstə insanlarla yaxın təmasdan uzaq olmalı; insanların cəm şəkildə olduqları şəraitdə olmamalı; əllər bol su ilə tez-tez yuyulmalı; əllərin göz və burunla təmasına yol verilməməli; xəstə insanların əşyaları istifadə olunmamalı.
Payız xəstəliklərin müalicəsi:
Payız xəstəliklərinin özünə məxsus xüsusiyyəti odur ki, onların qəti bir müalicəsi yoxdur. C və A vitamini ilə zəngin tərəvəz və meyvələr xüsusilə faydalıdır. Burun tutulmasının ən yaxşı müalicəsi duzlu suyun buruna damladılması və xəstənin olduğu mühitin nəmli olmasının təmin edilməsidir. Payız xəstəliklərindən müalicə olunmaq üçün əsasən təbii qidalardan istifadə edilməsi məsləhətdir. Bu qidalar xəstəliklərə qarşı qalxan funksiyasını yerinə yetirir: Alma (immunitet sistemini gücləndirici funksiyaya malikdir), Üzüm (bədənin daha müqavimətli olmasını təmin edir), Nar (immunitet sistemini gücləndirdiyindən bolca yeyilməlidir).

 

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
“Böyük tarixə malik yeni şəhər”- Rustavi meriyası şəhəri brendləşdirməyə başladı
Öncəki yazı
Yüksək təzyiq zamanı nə edə bilərik?