“Moskviç”in yeni modelləri bu tarixdə buraxılacaq

0

2023-cü ilin sonuna qədər iki yeni “Moskviç” modelinin buraxılması planlaşdırılır.

QafqazTürk xəbər verir ki, bu barədə “KamAZ PJSC”nin baş direktoru Sergey Koqogin deyib.

O bildirib ki, söhbət SUV və sedandan gedir.

Qeyd edək ki, 2022-ci ildə simvolik olaraq bir rubla satın alınan keçmiş “Renault Russia” müəssisəsində “Moskviç” brendi altında avtomobillərin istehsalı bərpa edilib . Hazırda şirkət Çin avtomobillərinin yığımını həyata keçirir. “KamAZ” isə layihənin texnoloji tərəfdaşıdır.

Moskva meri Sergey Sobyanin də açıqlamalarının birində bu modellərin artıq satışına başlanıldığı ilə bağlı məlumat vermişdi. O qeyd etmişdi ki, müəssisə 2023-cü ildə benzin mühərrikli 40 min, elektrik mühərrikli 10 min avtomobil istehsal etmək planlaşdırır.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bürclər haqqında məlumat
Öncəki yazı
Kaxetidə iki azyaşlıya qarşı cinsi zorakılıq faktı qeydə alınıb