Another advertisement
2023-cü ilin sonuna qədər iki yeni “Moskviç” modelinin buraxılması planlaşdırılır.
QafqazTürk xəbər verir ki, bu barədə “KamAZ PJSC”nin baş direktoru Sergey Koqogin deyib.
O bildirib ki, söhbət SUV və sedandan gedir.
Qeyd edək ki, 2022-ci ildə simvolik olaraq bir rubla satın alınan keçmiş “Renault Russia” müəssisəsində “Moskviç” brendi altında avtomobillərin istehsalı bərpa edilib . Hazırda şirkət Çin avtomobillərinin yığımını həyata keçirir. “KamAZ” isə layihənin texnoloji tərəfdaşıdır.
Moskva meri Sergey Sobyanin də açıqlamalarının birində bu modellərin artıq satışına başlanıldığı ilə bağlı məlumat vermişdi. O qeyd etmişdi ki, müəssisə 2023-cü ildə benzin mühərrikli 40 min, elektrik mühərrikli 10 min avtomobil istehsal etmək planlaşdırır.