Another advertisement
Moskvada sərnişin təyyarəsinin qəzaya uğraması insan tələfatı ilə nəticələnib.
QafqazTürk Media Rusiyanın “Ria Novist” xəbər agentliyinə istinadən xəbər verir ki, təyyarədə yalnız ekipaj üzvləri olub.
İlkin məlumatlara görə, bütün ekipaj üzvləri ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir.
Rusiya İstintaq Komitəsi qeyd edir ki, təyyarə təmirdən sonra ilk dəfə Vnukovo hava limanına uçurdu. Bu, sərnişinsiz ilk uçuş idi.
Təyyarə mülki aviaşirkətlərdən birinə məxsusdur.