Moskvada iyunun 26-sı qeyri-iş günü olacaq

111

Moskva meri Sobyanin 26 iyun bazar ertəsini istirahət günü elan edib.

QafqazTürk xəbər verir ki, Sobyanin riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində bazar ertəsini qeyri-iş günü elan etmək qərarına gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, hakimiyyət orqanları və müəssisələri, hərbi-sənaye kompleksi və şəhər xidmətləri istisna olmaqla, qalan sahələr üçün 26 iyun qeyri-iş günü hesab olunur.

“Sizdən xahiş edirəm ki, mümkün qədər şəhəri gəzməkdən çəkinəsiniz. Müəyyən məhəllələrdə və müəyyən yollarda nəqliyyatın hərəkətini kəsmək mümkündür”, – Moskva meri bildirib.

Sonrakı yazı
Gürcüstan prezidentindən bəyanat – DETALLAR
Öncəki yazı
Moskvanın cənub girişində nəzarət-buraxılış məntəqəsi qurulub – ƏTRAFLI