Another advertisement
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
QafqazTürk.com xəbər verir ki, görüşdə iki qonşu ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, həmçinin regionda və dünyada cərəyan edən hadisələr müzakirə olunur.
Məlumat üçün əlavə edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.