Another advertisement
Moskva və yaxınlığındakı 5 hava limanı bağlanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Açıqlamaya görə, “uçuşların təhlükəsizliyini təmin etmək üçün” Moskvada və yaxınlıqdakı 5 hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Məhdudiyyətə məruz qalan hava limanı bunlardır:
Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.