This is a specific ad

Moskva-Tbilisi birbaşa uçuş biletlərinin qiyməti

57

Another advertisement

Gürcüstanın Mülki Aviasiya Agentliyi artıq Rusiyanın Azimut Hava Yollarına Gürcüstan və Rusiya Federasiyası arasında birbaşa uçuşlar üçün icazə verib.

QafqazTürk.com xəbər verir ki, agentliyin məlumatına görə Azimut Hava Yolları Avropa İttifaqının qara siyahısında deyil və uçuşlar üçün lazımi icazə şirkətə mayın 15-də verilib.

Aviasiya Agentliyindən verilən məlumata görə aviaşirkətin agentliyə təqdim etdiyi uçuş müraciətinə uyğun olaraq Moskva-Tbilisi-Moskva hava xətti ilə uçuşlar bu il mayın 17-dən həftədə yeddi dəfə həyata keçiriləcək.

Qeyd edək ki, hazırkı mərhələdə “Azimut” aviaşirkətinin saytında mayın 19-da Moskva-Tbilisi istiqamətində biletlərin axtarışı aparılır. Gediş haqqına gəldikdə isə biletin qiyməti kateqoriyadan asılı olaraq müxtəlifdir və 23 min 373 rubl və ya (748 lari) və ya 63 min 933 rubl (2 min 46 lari) təşkil edir. Nisbətən ucuz biletə 5 kq baqaj, bahasına isə 10 kq baqaj daxildir və bileti geri qaytardığı halda bahalı biletin sahibləri gözləməli olmayacaq.

Tbilisidən Moskvaya uçuşa gəlikdə, Azimut Hava Yollarının bilet qiyməti nisbətən ucuzdur. O cümlədən, mayın 19-da Tbilisidən Moskvaya uçuşun qiyməti 21 min 52 rubl (674 lari) və ya 56 min 542 rubl (1 809) laridir. Bu halda da baqajla biletin qaytarılması prosesi arasında fərq var.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Birinci sinfə qeydiyyat şərtləri dəyişdirilib – ƏTRAFLI
Öncəki yazı
Gürcüstan parlamentinin sədri Azərbaycan Baş naziri ilə görüşüb – FOTO