Another advertisement
Martın 24-də Moskva-İrəvan reysi ilə uçuşa hazırlaşan təyyarədə bir sərnişin bel çantasında bomba olduğunu deyib.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qadın sərnişin Şeremetyevo hava limanında İrəvana uçan təyyarəyə minən kimi stüardessaya əl yükündə partlayıcının olduğunu bildirib.
Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Daha sonra məlum olub ki,qadın sərnişin insanların təyyarəyə mindiyi müddətdə stüardessanın telefonla danışmasına əsəbiləşib. Bu səbəbdən stüardessaya müraciət edərək “Bəsdir, daha telefonla danışdın, əks halda bel çantamdakı bomba ilə birlikdə təyyarəyə girəcəyəm” deyib.
Bundan sonra işçilər polisə müraciət ediblər. Sərnişin həbs edilib və hazırda dindirilir.