Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib

242

Another advertisement

Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib.

QafqazTürk Media bu barədə dünya mətbuatına istinadən xəbər verir.

“30 avqust 2024-cü il tarixinə Monqolustanda qızılcaya daha 1 yoluxma halı aşkar edilib. Peyvənd olunmamış 5,8 min uşaq və tibb işçisi, eləcə də dövlət qurumlarının əməkdaşlarının peyvəndlənməsi davam edir”, – məlumatda deyilir.

Məlumata əsasən, ölkənin bütün bölgələrində müvafiq qərargahlar yaradılıb. Ölkəyə daxil olanlar arasında qızılca xəstəliyinin əlamətlərinin aşkarlanması bütün sərhəd-keçid məntəqələrində, o cümlədən Çingiz Xan Beynəlxalq Hava Limanında davam edir.

 

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu sərtləşdiriləcək
Öncəki yazı
“Biz Gürcüstanın Avropa İttifaqından uzaqlaşan xəttindən çox narahat oluruq” – Borrel