This is a specific ad

Moldovanın “FLYONE” aviaşirkəti Gürcüstanın aviasiya bazarına daxil olur

33

Another advertisement

Moldovanın aşağı büdcəli aviaşirkəti “FLYONE” Kişinyov-Tbilisi-Kişinyov hava marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

QafqazTürk  xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Onların məlumatına əsasən, bu il iyunun 20-dən etibarən uçuşlar gündəlik həyata keçiriləcək.

“Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi sözügedən istiqamətdə fəaliyyətə iyunun 8-də aviaşirkətə icazə verib”, – Mülki Aviasiya Agentliyinin məlumatında deyilir.

Sonrakı yazı
Batumi Stadionu “FIABCI” Dünya Konqresində Daşınmaz Əmlak Oskarını qazandı
Öncəki yazı
Kaladze: “Yaxşı olardı ki, ictimaiyyətin qeyri-hökumət təşkilatları və ya siyasi partiyaların hansı ölkələrdən maliyyələşdirildiyinə dair məlumatı olsun”