This is a specific ad

Moldovadan Amerikaya – “Açıq səma” sazişi nəyi nəzərdə tutur?

84

Another advertisement

Moldova və ABŞ iki ölkə arasında birbaşa uçuşların başlanmasına şərait yaradacaq “Açıq səma” sazişi imzalayacaqlar.

QafqazTürk xəbər verir ki, bu barədə Moldova yerli mətbuatı məlumat yayıb.

Moldova mətbuatının yazdığı üzrə sazişi mayın 18-də ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma və Moldovanın infrastruktur naziri Lilia Dabija imzalayacaqlar.

Məlumata əsasən sazişin qüvvəyə minməsi ölkədə hava xidməti bazarının açılmasına və Kişinyov Beynəlxalq Hava Limanından istiqamətlərin şaxələndirilməsinə töhfə verəcək, diplomatik və iqtisadi əlaqələrin möhkəmlənməsinə, eləcə də ölkələr arasında investisiya əməkdaşlığının təşviqinə müsbət təsir göstərəcək.

Sonrakı yazı
Rusiya XİN: Finlandiyanın coğrafi mövqeyi NATO-nun Arktikadakı ambisiyalarına təkan verəcək
Öncəki yazı
Şalva Papuaşvili Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın Milli Məclisində çıxış edib – ƏTRAFLI