Mayın 1-də rusiyayönlü partiyanın sədr müavini Marina Tauber Moldovanı tərk etmək istəyərkən Kişinyov hava limanında həbs edilib.
“Pravda” xəbər verir ki, məlumatı Moldova antikorrupsiya prokurorluğu təsdiqləyib.
“Bu gün səhər Marina Tauber İsrailə gedərkən Kişinyov Beynəlxalq Hava Limanında həbs edilib. O, Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun bu gün ğdərc olunmuş qərarı əsasında həbs edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin şərtləri pozulub (Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən). – Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğundan qeyd ediblər.
Həbs olunmazdan bir müddət əvvəl deputat Facebook-da videomüraciət yayaraq, həbs olunacağını bildiyini, lakin bəzi tibbi müayinələrdən keçmək üçün xaricə uçacağını bildirib.