Moldovada parlament seçkiləri başlayıb

129

Moldovada parlament seçkilərində səsvermə bu gün səhər saat 07:00-da başlayıb və saat 21:00-da başa çatacaq. Vətəndaşlar 101 deputatı 4 il müddətinə seçirlər.

Seçkilərdə bir siyasi partiya, dörd seçki bloku və dörd müstəqil namizəd iştirak edir. Qanunvericiliyə görə, partiyalar üçün seçki baryeri 5%, bloklar üçün 7%, müstəqil namizədlər üçün isə 2% təşkil edir. Xaricdəki seçicilər üçün 41 ölkədə 301 məntəqə fəaliyyət göstərir. İlk dəfə olaraq 10 ölkədə Moldova vətəndaşlarına poçtla səsvermə imkanı yaradılıb.

Polis son həftələrdə qanunsuz siyasi maliyyələşdirmə ilə bağlı reydlər keçirib. Bazar ertəsi günü təhlükəsizlik qüvvələri Rusiyanın dəstəklədiyi iğtişaş cəhdində ittiham olunan 74 nəfəri saxlayıb.

 

Kateqoriya: Siyasət
Sonrakı yazı
BMT İrana qarşı sanksiyaları yeniləyib
Öncəki yazı
Marneulidə Azərbaycanın Vətən Müharibəsinin şəhidlərinin Anım Günü qeyd olunub