This is a specific ad

Moldovada iki yüksək vəzifəli məmur dövlətə xəyanətdə ittiham edilərək həbs edilib

100

Another advertisement

Moldovada iki yüksək vəzifəli məmur dövlətə xəyanətdə ittiham edilərək həbs edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Moldova Cinayət və Xüsusi İşlər üzrə Prokurorluq (PCCOCS) məlumat yayıb.

Açıqlamaya görə, məmurların həbsi parlamentdə aparılan axtarışlardan sonra baş tutub.

Prokurorluqdan verilən məlumata görə, işdə iştirak edən şəxslər 2023-cü ildən cinayət törədirlər.
Onlardan biri “Moldovanın maraqlarına zərər vurmaq üçün” istifadə edilməli olan məlumatları toplayıb xarici səfirliyin əməkdaşına ötürdükdən sonra dövlətə xəyanətdə şübhəli bilinir.

PCCOCS söhbətin hansı xarici səfirlikdən getdiyini və onun əməkdaşının kim olduğunu açıqlamır.
Saxlanılan ikinci yüksək rütbəli məmur Moldovaya qarşı sui-qəsddə və şəxsi maraqlar naminə hərəkətlərdə ittiham olunur. O, həmçinin “məlumat toplamaq və Moldovanın maraqlarına qarşı istifadə oluna bilməsi üçün səfirliyin əməkdaşı ilə əlaqə saxlayıb”.

Rumıniya xidmətindən verilən məlumata görə, saxlanılanlardan biri Moldova parlamentinin hüquq departamentinin rəhbəri İon Kriangeadır.Bildirilir ki, o, Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarına məlumat ötürərkən həbs edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Mənim qələbəm sizə həsr olunub” – cüdoist Laşa Bekauri
Öncəki yazı
Gürcüstanda bu gündən qüvvəyə minən qaydalar