• 06 Dekabr 2023 11:47

Moldova ukraynalı qaçqınların qalma müddətini 90 günə qədər azaldıb

Avatar photo

ByS.Salahlı

May 11, 2023

Moldova növbəti altı ay ərzində ukraynalı qaçqınların onun ərazisində qalma müddətini 90 günə qədər azaldıb. Bununla bağlı ölkənin Fövqəladə Hallar Komissiyası qərar qəbul edib.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Mayın 15-dən müvəqqəti müdafiə hüququ olan şəxslərin Moldova ərazisində qalma müddəti altı ay ərzində 90 gün olacaq. Müvəqqəti müdafiə üçün müraciət edənlər sadələşdirilmiş əmək şərtlərindən hələ də yararlana biləcəklər”, – məlumatda deyilir.

40550cookie-checkMoldova ukraynalı qaçqınların qalma müddətini 90 günə qədər azaldıb