Moldova Prezidenti Gürcüstan hakimiyyətinə Saakaşvili ilə bağlı çağırış edib – ƏTRAFLI

0

Moldova Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır.

QafqazTürk xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu tviter səhifəsində yazıb.

O qeyd edib ki, söhbət vətənində həbsdə olan siyasətçinin səhhətindən gedir: “Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram”.

Report

0
0
Sonrakı yazı
Tbilisidə tikinti sahəsindən yıxılan fəhlə yerindəcə dünyasını dəyişib
Öncəki yazı
Marneulidə musiqili axşam keçiriləcək – TƏDBİRİN DETALLARI