This is a specific ad

Moldova MDB-nin tərksilah sazişindən çıxır

18

Another advertisement

Moldova MDB-nin tərksilah üzrə birgə komissiya haqqında sazişindən çıxıb.

QafqazTürk.com xəbər verir ki,Moldovanın müdafiə naziri Anatoli Nosatın sözlərinə görə, ölkə hökuməti MDB çərçivəsində tərksilah məsələləri ilə məşğul olan məşvərət komissiyası haqqında sazişin denonsasiyası layihəsini təsdiqləyib.

Onun sözlərinə görə, 1994-cü ildən rəsmi Kişinyov ölkə parlamentinin qərarına əsasən, MDB çərçivəsində hərbi və hərbi-siyasi məsələlərin müzakirəsində artıq iştirak etmir.

“Moldova beynəlxalq öhdəlikləri yerinə yetirir və tərksilah sahəsində beynəlxalq sənədlərin, xüsusən də Avropada şərti tərksilah haqqında sənədin şərtlərini yerinə yetirir”, o deyib.

Qeyd edək ki,Moldovanın MDB-nin üzvü olaraq qalmasına baxmayaraq, ölkə təşkilat çərçivəsində bağlanmış daha 7 sazişdən çıxmaq niyyətindədir.

Kateqoriya: Dünya
Sonrakı yazı
ერევანში რუსეთის საელჩოს წინ მომიტინგეებმა ლაჩინის დერეფნის გახსნა მოითხოვეს
Öncəki yazı
გარდაბნის მზის ელექტროსადგურის ინვესტორმა კომპანია Masdar-მა გაერთანებულ საემირობეში ტენდერი მოიგო