Almaniya Parlamentinin (Bundestaq) Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Gürcüstana səfər edib.
Bundan əvvəl Mixail Rot Gürcüstanda cərəyan edən hadisələrə bir daha cavab verib və Gürcüstandakı kimi avtoritar rejimin gec-tez uduzacağını bildirib.
“Gürcüstandakı kimi müxalifəti və tənqidi səsləri həbs yolu ilə susdurmağa çalışan avtoritar rejim gec-tez uduzacaq. Cənab İvanişvili, indi bütün siyasi məhbusları azad edin!”