Mayın 18-də Mixail Kavelaşvili nümayəndə heyəti ilə birlikdə Vatikanda yeni Papa XIV Leo-nun andiçmə mərasimində iştirak edəcək. Bu məlumatı Mixail Kavelaşvilinin mətbuat xidməti yayıb.
Robert Prevost – XIV Leo – Romanın yeni Papası oldu. Yeni pontifik 133 kardinal tərəfindən seçilib.
Kavelaşvili apreldə də Vatikanda, Papa Fransiskin dəfn mərasimində olub.