Gürcüstan Prezidenti Mixail Kavelaşvili Parlamentin tribunasından çıxış edərək qeyd edib ki, Avropa ideyası uğrunda əsrlər boyu davam edən mübarizədən sonra Gürcüstan belə ədalətsiz münasibətə layiq deyil. Gürcüstana qarşı ikili standartlar Avropa dəyərlərinə və avropalı tərəfdaşların reputasiyasına xələl gətirir!.
Kavelaşvili hesab edir ki, Gürcüstan son vaxtlar bir sıra avropalı tərəfdaşların ədalətsiz hücumlarının hədəfinə çevrilib.
“Bu, gürcü xalqının ədalət, qarşılıqlı hörmət, qanunun aliliyi, milli kimliyi və suverenliyi qoruyub saxlamaq ümidi ilə irəliləmək qərarına gəldiyi məkan baxımından xüsusilə məyusedicidir.
Gürcüstana münasibətdə praktiki olaraq gündəlik hadisəyə çevrilən ikili standart, təəssüf ki, Avropa dəyərlərinə və avropalı tərəfdaşların reputasiyasına xələl gətirir.
Avropa ideyası uğrunda əsrlər boyu mübarizə aparan Gürcüstan bu cür ədalətsiz münasibətə layiq deyil. Biz ölkəmizin sülhməramlı qüvvələrini gücləndirmək və irəlilətmək məqsədi daşıyan milli maraqlarımıza uyğun fəaliyyət göstərməyə davam etməliyik”, – Mixeil Kavelaşvili bildirib.