Hakim Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı işi üzrə hökmü martın 17-də elan edəcək. Bu gün keçirilən prosesdə hakim fasiləyə çıxıb.
Prosessual olaraq, bugünkü iclasda son sözü Saakaşvili deməli idi, lakin o, səhhəti ilə əlaqədar olaraq “Vivamed” klinikasından uzaqdan iştirak etməkdən imtina edib.
Xatırladaq ki, Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin sərhədi qanunsuz keçməyə aid 344-cü maddəsi ilə ittiham irəli sürülüb. İstintaq 1 oktyabr 2021-ci ildə başlayıb.