• 13 Mart 2025 23:00

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə hökmünün martın 14-də açıqlanacağı gözlənilir

ByTürkan Şahverdova

Mar 13, 2025
Another advertisement

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə qaldırdığı cinayət işi üzrə hökmün martın 14-də açıqlanacağı gözlənilir.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 13:00-a təyin edilib.

Prosessual olaraq, sabahkı məhkəmə prosesində son sözü təqsirləndirilən Saakaşvili deməlidir, lakin onun bu hüququndan istifadə edib-etməyəcəyi məlum deyil. Ola bilsin o, “Vivamed” klinikasından uzaqdan iştirak etsin. Sonuncu iclasda müdafiə tərəfi yekun arqumentlərini təqdim edib.

Xatırlatmaq istərdik ki, Mixail Saakaşviliyə qarşı Cinayət Məcəlləsinin 344-cü, yəni dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə ittiham irəli sürülüb. Bu hadisə ilə bağlı istintaq 1 oktyabr 2021-ci ildə başlayıb.

İş üzrə daha dörd şəxsə – Elquja Çomaia, Zurab və Şalva Çotsori, həmçinin Qiorqi Narimanidzeyə qarşı ittiham irəli sürülüb. İş ayrı-ayrılıqda araşdırılır və onlar zaminə buraxılıblar.