Mixail Saakaşvili: Bütün dünyada və ilk növbədə Gürcüstanda olan gürcülər bu ədalətsizliyə səsinizi ucaldın

2

“Strasburqda hüquqi proses davam edir, mən həyatım, Gürcüstan, Ukrayna uğrunda mübarizəmi davam etdirirəm ”

QafqazTürk xəbər verir ki, bu barədə sosial şəbəkədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yazır.

Saakaşvilinin qeyd etdiyinə görə, onun bütün tərəfdarları və sağlam düşüncəli insanlar başa düşməlidirlər ki, iki ilə yaxındır ki ona işgəncə verirlər.

“Strasburqda hüquqi proses davam edir. Mənim həyatım, Gürcüstan, Ukrayna uğrunda mübarizəm davam edir. İstəyirəm ki, bütün tərəfdarlarım və ümumiyyətlə, bütün sağlam düşüncəli insanlar başa düşsünlər ki, artıq iki ilə yaxındır ki, tamamilə uydurma ittihamlarla mənə işgəncə verirlər.

Yeganə günahım odur ki, mən Rusiyanın burnunun dibində əsl dövlət yaratmışam və onu qətiyyətlə Avropa İttifaqına, NATO-ya tərəf çevirmişəm. İndi bütün bunlar böyük təhlükə altındadır və ona görə də Putinin əmri ilə məni həbsdə saxlayırlar.

Bütün dünyada və ilk növbədə Gürcüstanda olan gürcülər bu haqsızlığa səsinizi daha da ucaldın!

Mən bütün şüurlu həyatım boyu Gürcüstanın azadlığı uğrunda mübarizə aparmışam. İstəyirəm ki, Gürcüstan mənim, Nikanın, Lazarenin və haqsız yerə həbs olunanların azadlığı üçün səsini daha da ucaltsın.

Bizim işimizi ancaq xarici dövlətlər edə bilməz. Qərb və azad dünya ancaq mübarizəmizin davam etdiyini görsə bizə kömək edəcək. Əminəm ki, Gürcüstan təkcə Ukraynanın ümidinə olmayacaq”, – deyə Saakaşvili qeyd edir.

Qeyd edək ki, bu gün Strasburq məhkəməsi Mixail Saakaşvilini Varşavaya köçürməkdən imtina edib və dövlətə onun ölkə daxilində başqa müalicə müəssisəsinə köçürülməsinə də göstəriş verməyib.

0
0
Sonrakı yazı
Dmitri Peskov: Rusiya Türkiyə ilə münasibətləri çox yüksək qiymətləndirir
Öncəki yazı
Qardabanidə oğul atasını öldürüb