Mixail Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri başlayıb

58

Mixail Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri başlayıb. Rəsmi məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Mixail Kavelaşvilinin qarşılanma mərasimi olub. Mixail Kavelaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyubov qarşılayıb.

“Səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək. Azərbaycan Respublikasının Baş naziri və Milli Məclisin sədri ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər planlaşdırılır”, – məlumatda deyilir.

Sonrakı yazı
Yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub
Öncəki yazı
15 aprel tarixinə olan valyuta məzənnəsi bəllidir