Mixail Kavelaşvili və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər

64

“Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün atılan addımlar yüksək qiymətləndirilir”.

Bu barədə Mixail Kavelaşvili Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Kavelaşvili qeyd edib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın iştirak etdiyi üçtərəfli format regionda sülh və sabitliyin təmin edilməsində, eləcə də ölkələrin inkişafında əhəmiyyətli rol oynayır. Gürcüstan Cənubi Qafqazda sülhsevər yanaşmanı dəstəkləyir və bölgədə sülhün və konstruktiv əməkdaşlığın inkişafı üçün hər zaman öz töhfəsini verməyə hazırdır.

Görüş zamanı Rusiya-Ukrayna münaqişəsi, Qara dəniz hövzəsinin təhlükəsizliyi və Türkiyənin tərəflər arasında dialoqun qurulmasına verdiyi töhfələr də müzakirə olunub. Həmçinin, Yaxın Şərqdə davam edən proseslərə toxunularaq, Gürcüstanın bölgədə sülhün təmin edilməsinin vacibliyini dəstəklədiyi vurğulanıb.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Ərdoğan:Türkiyə və Gürcüstan yalnız qonşu ölkələr deyil, həm də dərin tarixi, mədəni və insani əlaqələrlə bağlı strateji tərəfdaşlardır
Öncəki yazı
13 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur