Mixail Kavelaşvili Bakıda Əli Əsədovla görüşüb

35

Prezident Mixail Kavelaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.

Rəsmi məlumata görə, söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq olub.

“Görüş zamanı ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə diqqət yetirilib. Orta Dəhlizi yükdaşımaların artırılması baxımından əhəmiyyəti qeyd edilib. Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyi vurğulanıb.

Mixail Kavelaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə Azərbaycanın Baş nazirinə təşəkkür edib”, – deyə məlumatda bildirilir.

 

Kateqoriya: Cəmiyyət, Region, Siyasət
Sonrakı yazı
Hökumət mayın 26-na həsr olunmuş tədbirlərin təşkili ilə bağlı planı təsdiqləyib
Öncəki yazı
Batumidə qəza – bir nəfər xəsarət alıb