Another advertisement
Mitinq iştirakçıları Tbilisi Dövlət Universitetinin həyətinə toplaşırlar. Onlar parlamentə doğru etiraz yürüşü təşkil edəcəklər.
Aksiya iştirakçılarının tələbi yenə də yeni seçkilərin təyin edilməsi və aksiya zamanı həbs olunan vətəndaşların azadlığa buraxılmasıdır.
Xatırlatmaq istərdik ki, artıq onuncu gündür ki, Tbilisidə və ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Vətəndaşlar noyabrın 28-də “Gürcü arzusu”nun qərarına etiraz edirlər, buna səbəb isə ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməməsidir.