Misirdə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq – ƏTRAFLI

0

Misirdə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq.

QafqazTürk xəbər verir ki, bu barədə “Egypt Air” hava şirkətinin Qahirədəki baş ofisindən məlumat verilib.

Aviadaşıyıcının nümayəndəsinin sözlərinə görə, indi Misirə daxil olmaq üçün 8 saatdan 96 saata qədər tranzit vizası almaq mümkündür.

Qeyd olunub ki, əgər xarici vətəndaş belə bir viza almaq istəyirsə, Qahirə Beynəlxalq Hava Limanında gəldiyi aviaşirkətin tranzit ofisinə müraciət etməli və bu cür hallar üçün adi olan xüsusi sertifikat formasını doldurmalıdır. Formanı doldurmaq pulsuzdur.

0
0
Sonrakı yazı
Macarıstan Ukraynaya şərt qoyub
Öncəki yazı
Marneulili fəal qızlar təmiz Marneuli üçün!